Türkiyə mediası: “Yaxşı ki, gəlmisən Coşqun Diniyev”

Həmyerlimiz Coşqun Diniyevin çıxış etdiyi Türkiyə 1-ci Liqa təmsilçisi “Çorum” 24-cü tur çərçivəsində öz meydanında autsayder, heyəti daha çox gənc futbolçulardan təşkil edilən “Yeni Malatyaspor”u qəbul edib.

Oxu.Az xəbər verir ki, yeni klubunda debüt oyununa çıxan Çoşqun görüşə start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. O, bu matçın qəhrəmanı olub. Azərbaycanlı futbolçu “Çorum”un hər iki qolunu vurub və komandasına qələbə qazandırıb.

Bu qələbə sayəsində xalını 38-ə çatdıran “Çorum” turnir cədvəlində 4-cü pilləyə yüksəlib.

Komanda Türkiyə Superliqasında iştirak üçün yarışır.

Çorumun yerli nəşrləri komandanın dünənki qələbəsinə yer veriblər. Bu oyunla bağlı 30 yaşlı azərbaycanlı futbolçuya xüsusi diqqət yetirilib.

“Kesin Karar” qəzetində oyunla bağlı “Yaxşı ki, gəlmisən, Diniyev” başlığı diqqət çəkib.

“Yaylahaber.com.tr” saytı isə qələbə xəbərini “Coşqun Diniyevdən möhtəşəm performans” başlığı ilə yayımlayıb.

Əlavə edək ki, mövsümün ilk hissəsini “Bandırmaspor”da keçirən Diniyev bu mövsüm 1-ci Liqada 22 oyun keçirib, iki qol vurub və iki qolun ötürməsini edib.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More