UEFA Çempionlar Liqası: Pley-off mərhələsinin ilk görüşlərinə dörd oyunla yekun vurulacaq

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarına dörd görüşlə yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, “Brügge” klubu “Atalanta”nı Bakı vaxtı ilə saat 21:45-də qəbul edəcək.

Bakı vaxtı ilə gecəyarısı keçiriləcək görüşlərdə isə “Seltik” klubu “Bavariya” ilə, “Feyenoord” klubu “Milan”la, “Monako” klubu “Benfika” ilə qarşılaşacaq.

Qeyd edək ki, cavab görüşləri fevral ayının 18 və 19-da keçiriləcək.

12 fevral

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi

Saat 21:45, “Brügge” – “Atalanta”.

13 fevral

Saat 00:00, “Seltik” – “Bavariya”;

Saat 00:00, “Feyenoord” – “Milan”;

Saat 00:00, “Monako” – “Benfika”.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More