Fevralın 12-i səhər saatlarında paytaxt Kiyev başda olmaqla Ukraynanın bir sıra şəhərlərinə güclü raket hücumları olub.
Oxu.Az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından “Report”a bildirilib ki, altı ballistik raket havada məhv edilib:
“Rusiyanın Bryansk vilayətindən altı, Krımdan isə bir raket atılıb. Altı ədəd “İsgəndər M” ballistik raketinin (“S-400″ hava hücumundan müdafiə raket sistemləri) vurulması qeydə alınıb. Həmçinin 123 pilotsuz uçuş aparatı (PUA) hücumu olub, onlardan 71-i vurulub, daha 40 PUA isə heç bir mənfi nəticə olmadan zərərsizləşdirilib”.
“Hücumlar Ukraynanın Kiyev, Dnepropetrovsk, Sumı, Poltava və Çerniqov vilayətlərini əhatə edib”, – məlumatda bildirilir.
Ukrayna Fövqəladə Hallar Xidmətinin (FHX) rəsmisi Pavlo Petrov “Report”a bildirib ki, ən çox zərbələr Kiyevdə olub: “İndi Obolonski rayonunda olduğumuz yerdə zərbələr nəticəsində təəssüf ki, bir nəfər ölüb, dörd nəfər yaralanıb, o cümlədən hazırda xəstəxanada olanlardan biri 9 yaşlı uşaqdır. Yanğınlar da söndürülüb. Raketlərdən qalan partlayıcı hissələr zərərsizləşdirilir”.
Comments are closed, but trackbacks and pingbacks are open.