2025-ci il yanvarın 1-nə xarici dövlət borcu portfelinin (5 129.7 milyon ABŞ dolları) 41.7%-i və ya 2 137.6 milyon ABŞ dolları büdcə kəsirinin bağlanılması üzrə hökumət adından çıxış edən Maliyyə Nazirliyi tərəfindən, 58.3%-i və ya 2 992.1 milyon ABŞ dolları isə digər icraçı qurumlar tərəfindən həyata keçirilən proqram və layihələr üzrə cəlb edilmiş öhdəliklərin payına düşür.
Oxu.Az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.
Qeyd edək ki, ən çox xarici borc cəlb edən icraçı qurumlar sırasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi II, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi isə III yerdə qərarlaşıb.
Aşağıdakı cədvəldə 1 yanvar 2025-ci il tarixinə dövlət qurumlarının cəlb etdiyi xarici borcun məbləği verilib:
Comments are closed, but trackbacks and pingbacks are open.