Əlcəzairli nümayəndə: “Fransa insanlığa qarşı cinayət törədib”

“Fransanın Əlcəzairdəki nüvə sınaqları insanlığa qarşı törədilmiş cinayətdir”.

Oxu.Az xəbər verir ki, bunu Əlcəzairdəki nüvə sınaqlarının nəticələrinə dair beynəlxalq konfransın nümayəndəsi Abdel Salam Başaqa deyib.

“Fransa tərəfindən Əlcəzair səhrasında həyata keçirilən nüvə partlayışları sadəcə olaraq keçici bir hadisə deyil, bu, nəsillərin çərçivələrini aşan faciədir. Sözügedən cinayət ekologiyaya, insanların sağlamlığına ağır zərbələr vurub və onun sosial nəticələri bu gün də hiss olunur” – deyə A.S.Başaqa vurğulayıb.

O, çıxışının davamında qeyd edib ki, bu dəhşətli hadisənin kökləri müstəmləkəçilik qalıqlarına, eləcə də Parisin öz tarixi məsuliyyətini üzərinə götürməməsinə aparıb çıxarır və Əlcəzairlə Fransa arasındakı böhranın bir hissəsi olaraq qalır.

Qeyd edək ki, bu bəyanat 1960-cı il fevralın 13-də Fransanın Əlcəzairdə “Mavi ərəbdovşanı” kod adı altında keçirdiyi ilk nüvə sınağının ildönümü ilə əlaqədar Əlcəzairdə keçiriləcək “Bəşəriyyətə və ətraf mühitə qarşı cinayətlər” adlı beynəlxalq konfransın ərəfəsində səsləndirilib.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More