Elçin Əmirbəyov İsveçdə mühüm görüşlər keçirib

Prezident İlham Əliyevin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov fevralın 11-12-də İsveçin paytaxtı Stokholmda işgüzar səfərdə olub.

Oxu.Az xəbər verir ki, səfər barədə Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov özünün “X” səhifəsində məlumat paylaşıb.

Qeyd olunur ki, səfər çərçivəsində Elçin Əmirbəyov İsveçin xarici işlər üzrə dövlət katibi Daq Harteliusla, İsveçin Nazirlər Kabinetinin rəhbəri Kristian Danielssonla, İsveç Riksdaqının (Parlament) birinci vitse-spikeri Kennet Forslundla və bu ölkənin xarici əlaqələr komitəsinin sədri Aron Emilssonla görüşüb.

Danışıqlar zamanı Azərbaycan-İsveç ikitərəfli münasibətləri, Azərbaycan ilə Avropa İttifaqının münasibətləri, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının hazırkı vəziyyəti və perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

E.Əmirbəyov, həmçinin İsveçin aparıcı beyin mərkəzlərinin – Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) və Stokholm Şərqi Avropa Araşdırmaları Mərkəzinin (SCEEUS) rəhbərliyi və tədqiqat heyəti ilə müzakirələr aparıb.

Yerli media ilə təmaslar çərçivəsində E.Əmirbəyov İsveçin ictimai televiziyası SVT-də çıxış edib, İsveçin ictimai radiosuna və “Global bar magazine” onlayn xəbər portalının müxbirinə müsahibə verib.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More