Mahir Emrelinin “Nürnberq”i tərk etməsinə Almaniya klubundan rəsmi cavab – ÖZƏL

“Mahir Emrelinin komandanı tərk etməsi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir”.

Bunu Oxu.Az-a açıqlamasında “Nürnberq” klubunun Mətbuat Xidmətinin rəhbəri Pia Lisa Kienel bildirib.

“Mahir Emrelinin komandadan ayrılması xəbərləri, sadəcə, şayiədən ibarətdir. Biz şayiələrə heç bir cavab vermirik. Futbolçu hazırda komanda ilə məşqləri davam etdirir. Növbəti oyuna çıxıb-çıxmayacağı barədə nəsə deyə bilmərik. Bu, baş məşqçinin qərarıdır və oyundan iki saat öncə bildirilir”.

P.L.Kienel əlavə edib ki, komandanın istirahət günü olduğu üçün bu gün məşq olmayacaq.

“Transfer məsələsinə gəlincə isə bu, açıq şəkildə oyunçularımızın hər birinə aiddir. Əgər elan ediləcək bir məlumat olarsa, klub bunu vaxtında edəcək”, – deyə mətbuat katibi əlavə edib.

Azərbaycan millisinin və “Nürnberq” klubunun hücumçusu Mahir Emrelinin yeni ünvanı bəlli olub.

Oxu.Az “Bild” nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı forvard karyerasını Cənubi Koreyada davam etdirəcək.

Yeni klubunun adı açıqlanmasa da, futbolçunun Cənubi Koreyaya yollanacağı dəqiqləşib.

Hazırda Almaniya klubu ilə işləri yolunda getməyən Mahir Emreli komanda ilə məşqlərə də qatılmayıb. “Nürnberq”in baş məşqçisi Miroslav Kloze Mahir Emreliyə ehtiyacı olduğunu bildirsə də, azərbaycanlı futbolçu komandada qalmaq istəmədiyini təsdiqləyib.

Qeyd edək ki, 2024-cü ilin avqustunda “Dinamo Zaqreb”dən “Nürnberq”ə transfer olunan Mahir Emreli Almaniya klubu ilə çıxdığı 15 oyunda dörd qol, bir məhsuldar ötürmə ilə yadda qalıb.

Anar Həsənov



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More