Pakistanın paytaxtında ən işlək magistral küçəyə Ərdoğanın adı veriləcək

Pakistan hökuməti İslamabadda magistral küçələrdən birini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə adlandırmağı planlaşdırır.

Oxu.Az-ın məlumatına görə, bu barədə “Anadolu” agentliyi öz mənbələrinə istinadən xəbər verib.

Bildirilib ki, qərar Ərdoğanın rəhbərliyi ilə Türkiyə hökumət nümayəndə heyətinin bu gün Pakistana səfəri çərçivəsində qəbul edilib.

“F-8 yol qovşağı da daxil olmaqla, avtomagistralın ən işlək hissələrindən biri Ərdoğanın şərəfinə adlandırılacaq”, – deyə mənbədən vurğulanıb.

Qeyd edək ki, Türkiyə və Pakistan uzun dostluq və əməkdaşlıq tarixinə malikdir. Ölkələr beynəlxalq arenada bir-birinə dəstək verir, iqtisadi və mədəni əlaqələri inkişaf etdirirlər.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More