Şəhriyar Məmmədyarovla Rauf Məmmədov final görüşündə üz-üzə gələcəklər

Bu gün şahmat üzrə Azərbaycan çempionatında final oyunlarına start veriləcək.

Oxu.Az xəbər verir ki, həlledici raundda Şəhriyar Məmmədyarovla Rauf Məmmədov üz-üzə gələcəklər.

Üçüncü yer uğrunda qarşılaşmada Teymur Rəcəbovla Misrətdin İskəndərov görüşəcəklər.

Qadınlarda isə Gövhər Beydullayeva ilə Günay Məmmədzadə finalda münasibətlərə aydınlıq gətirəcəklər. Ülviyyə Fətəliyeva ilə Gülnar Məmmədova üçüncü yer uğrunda mübarizə aparacaqlar.

Bu cütlər arasında ikinci partiyalar fevralın 14-də baş tutacaq.

Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More