Serxio Aquero “Mançester Siti”yə görə 10 min dollar ziyana düşdü

Argentina millisinin sabiq hücumçusu Serxio Aquero UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən “Mançester Siti” – “Real Madrid” matçına qoyulan mərcə görə on min dollar itirib.

Oxu.Az “Onze Mondial”a istinadən xəbər verir ki, İngiltərə nəhənginin sabiq forvardı matçın ilk yarısında ən azı iki qolun vurulacağına mərc edib. Lakin ilk 45 dəqiqədə cəmi bir qol qeydə alınıb. Qolu “şəhərlilər”in norveçli hücumçusu Erlinq Holand vurub.

Bundan əlavə Serxio Aquero “Real Madrid” klubunun “Mançester Siti” ilə görüşdə qalib gəlməyəcəyini əks təqdirdə isə cinsi orqanını kəsəcəyini vəd etmişdi.

Qarşılaşma “Real Madrid”in 3:2 hesablı əzmkar qələbəsi ilə başa çatıb. “Kral” klubunun Xosep Qvardiolanın komandası ilə cavab oyunu gələn həftə Madriddə baş tutacaq.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More