Tehranda Üçüncü Xəzər İqtisadi Forumu keçiriləcək

Fevralın 17-18-də Tehranda Azərbaycan, İran, Rusiya, Türkmənistan və Qazaxıstan baş nazirlərinin və nazirlərinin iştirakı ilə Xəzəryanı ölkələrin iqtisadi forumu keçiriləcək.

Oxu.Az “Azad İran” “Telegram” kanalına istinadla xəbər verir ki, bunu İranın Ticarətin İnkişafı Təşkilatının Mərkəzi Asiya Baş İdarəsinin rəisi Əkbər Qodari deyib.

Onun sözlərinə görə, forumun əsas məqsədi iqtisadi, ticari, elmi-texniki əməkdaşlıq, səhiyyə, enerji, maliyyə, turizm, azad zonalara investisiya yatırımlarının genişləndirilməsi, Xəzər dənizi ilə bağlı logistika məsələlərinin nailiyyətləri və son vəziyyəti ilə tanışlıqdır.

Qeyd olunub ki, forumun ikinci günündə beş ölkənin baş nazirləri əməkdaşlığın daha da inkişaf etdirilməsi strategiyaları və sazişin həyata keçirilməsi üçün nazirlər tərəfindən əldə olunan razılaşmaların vaxtaşırı izlənilməsi ilə bağlı yekun bəyanatı imzalamaqla anlaşmaya nail olacaqlar.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More