UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk qarşılaşmaları keçirilir.
Oxu.Az xəbər verir ki, “Bavariya” səfərdə “Seltik”in qonağı olub.
Almanlar şotlandları minimal fərqlə məğlub ediblər – 1:2. Münhen klubundan Olise və Keyn qolla yadda qalıblar.
Digər matçda “Monako” doğma azarkeşləri önündə “Benfika”nı qəbul edib. Oyunun taleyini qonaqların vurduğu bir qol həll edib – 0:1. Fransızlar ikinci hissənin əvvəllərində azlıqda qalsalar da, bu, matçın nəticəsinə təsir etməyib.
Qeyd edək ki, bu cütlüklərin cavab qarşılaşmaları fevralın 19-da oynanılacaq.
Comments are closed, but trackbacks and pingbacks are open.