ABŞ Ukrayna iqtisadiyyatından pay istəyir

ABŞ Ukrayna münaqişəsinin nizamlanmasından sonra bu ölkənin iqtisadiyyatında paya sahib olmaq istəyir.

Oxu.Az xəbər verir ki, bunu Birləşmiş Ştatların maliyyə naziri Skott Bessent “Fox News” telekanalının efirində deyib.

O özünün Kiyevə səfər etməsinin səbəbini Amerikanın göstərdiyi yardım üzrə hesabatın verilməsini gözlədiklərini Ukraynaya eyham vurmaqla əlaqələndirib:

“Biz onların tərəfdaşı olmaq istəyirik, amerikalılar müharibədən sonra Ukrayna iqtisadiyyatında iştirak etməyə hazırlaşırlar. Həmçinin amerikalılara işarə etmək istəyirəm ki, bizim Ukraynada payımız var və bu, onlara qazanc gətirəcək”.

S.Bessent vurğulayıb ki, ABŞ-nin Ukrayna iqtisadiyyatında iştirakı strateji minerallar, enerji və dövlət müəssisələrini əhatə edə bilər

Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski S.Bessentlə görüşdən sonra Kiyevin Vaşinqtondan Ukraynanın nadir torpaq ehtiyatlarından istifadəyə dair saziş layihəsi aldığını bildirib. Bu mövzu V.Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında baş tutmuş telefon danışığında da müzakirə olunub.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More