Acınacaqlı şəraitdə yaşayan yataqxana sakinləri şikayətçidirlər: “Evlərimiz bərbad haldadır”

Gəncə şəhəri, 38 saylı Hərbi Şəhərcikdə məskunlaşan, Kəlbəcərdən olan keçmiş məcburi köçkünlər yaşadıqları yataqxana binasının şəraitsizliyindən şikayət edirlər.

İllərdir həll edilməyən problemlərdən narazılıq bildirən sakinlər binadan köçürülmə ilə bağlı aidiyyəti dövlət qurumlarından kömək gözləyirlər.

“Buraya gələndən evlərimiz bərbad haldadır, qapı-pəncərəsi yoxdur. Bütün aidiyyəti qurumlar vəziyyətdən xəbərdardır. Binanın girişinə bir qapı da qoymadılar ki, içəri it-pişik yuvası olmasın. Girib baxsanız, görərsiniz ki, bu evlərdə yaşamaq mümkün deyil”, – deyə sakinlər şikayətlərində bildiriblər.

Ətraflı Baku Tv-nin süjetində:

Acınacaqlı şəraitdə yaşayan yataqxana sakinləri şikayətçidirlər: “Evlərimiz bərbad haldadır”







Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More