Azərbaycanda təminatsız banklararası bazarın həcmi açıqlanıb

“2024-cü ildə Azərbaycanda təminatsız banklararası bazarın həcmi 101 milyard manatı keçib”.

Oxu.Az xəbər verir ki, bunu “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin sədri Zakir Nuriyev Azərbaycan Maliyyə Forumunda səsləndirib.

O qeyd edib ki, 2024-cü ildə Azərbaycanın bank sektorunun məcmu kapitalı 0.6 milyard manat və yaxud 10.8 faiz artaraq 6.2 milyard manata çatıb.

Z.Nuriyev əlavə edib ki, istinad faiz dərəcəsi uçot faizi həddi civarında olub.

Məhərrəm Əliyev

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More