Buffon: “Ronaldu və Messi arasında seçim etmək futbolu təhqir etməkdir”

İtaliya yığmasının sabiq qapıçısı Canluici Buffon hücumçular Lionel Messi və Kriştianu Ronaldu arasında seçim edə bilməyib.

Oxu.Az xəbər verir ki, veteran qolkiper hər iki ulduzun müasir futbolda özünəməxsus yeri olduğunu vurğulayıb:

“Ronaldu və Messi arasında seçim etmək futbolu təhqir etmək olardı. Hər ikisi görkəmli çempiondur. Ronaldu qol vuran, Messi isə fantaziyası yüksək oyunçudur, lakin hər ikisi qol vurmağa qadirdir. Mən onların hər ikisinə hədsiz heyranam”.

Qeyd edək ki, C.Buffon 2023-cü ildə karyerasını başa vurub.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More