Lökbatanda yolda təmir işləri tıxaca səbəb olub

Lökbatan qəsəbəsində “Xəyal” kafesinin yaxınlığından keçən yolda aparılan təmir işləri yolda hərəkəti çətinləşdirib.

Oxu.Az xəbər verir ki, axşam saatlarında yolda hərəkət çətinləşdiyindən sözügedən ərazidən keçən sürücülər sıx tıxacın yaranmasından şikayətçidirlər.

Yolda aparılan təmir işlərinin nə zaman yekunlaşacağı ilə bağlı Oxu.Az Qaradağ Rayon İcra Hakimiyyətinə sorğu ünvanlayıb.

İcradan bildirilib ki, Lökbatan qəsəbəsi “Xəyal” kafesinin yaxınlığından keçən yolda (28 May küçəsi) irihəcmli yük avtomobillərinin hərəkəti (dönmə hərəkəti) üçün çətinlik yarandığı üçün həmin yol Qaradağ Rayon İcra Hakimiyyətinin təklifi və dəstəyi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişləndirilir və yola yeni asfalt örtüyü döşənir.

“Təmir işlərinin qısa müddət ərzində yekunlaşması planlaşdırılıb”, – deyə məlumatda qeyd edilib.

Aləmdə Nəsib



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More