Şəhriyar Məmmədyarov və Rauf Məmmədov cütünün qalibi müəyyənləşmədi: Yenidən üz-üzə gələcəklər

Bu gün kişilər və qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının final mərhələsinin cavab oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, kişilərin yarışında Şəhriyar Məmmədyarov və Rauf Məmmədov yenə də heç-heçə edib. Qalib sabah tay-breklə müəyyənləşəcək.

Qadınların yarışında isə Gövhər Beydullayeva və Günay Məmmədzadə ikinci oyununu keçirirlər.

Kişilər arasında turnirin qalibi 20 min manat, qadınların yarışının qalibi isə 10 min manat alacaq.

Şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin ikinci oyunları bu gün keçiriləcək.

Oxu.Az xəbər verir ki, Şəhriyar Məmmədyarov həlledici raundda Rauf Məmmədovla üz-üzə gələcək.

Tərəflər arasında ötən gün baş tutan görüş heç-heçə yekunlaşıb – 0.5:0.5. Teymur Rəcəbov isə səhhətindəki problem səbəbindən Misrətdin İskəndərovla üçüncü yer uğrunda qarşılaşmaya qatılmayıb.

Qadınların finalında Gövhər Beydullayeva ilə Günay Məmmədzadə münasibətlərinə aydınlıq gətirəcəklər. İlk dueldə Beydullayeva qalib gəlib. Üçüncü yer uğrunda görüşdə Ülviyyə Fətəliyeva ilə Gülnar Məmmədova üz-üzə gələcəklər. Fətəliyeva ötən günü qələbə ilə başa vurub.

Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More