Fevralın 13-də Almaniyanın Münhen şəhərində 24 yaşlı əfqan Fərhad N.-nin həmkarlar ittifaqının keçirdiyi nümayişlərin iştirakçılarının üzərinə avtomobil sürməsi nəticəsində 36 nəfər xəsarət alıb. Xəsarət alanlardan ikisinin, o cümlədən iki yaşlı uşağın vəziyyəti ağırdır.
Oxu.Az “Bild” qəzetinə istinadla xəbər verir ki, hadisədə şübhəli bilinən Fərhad N. bu gün məhkəmə qarşısına çıxarılmalıdır. Onun hərəkətlərinin motivi barədə az məlumat var. Almaniyada qaçqın statusunda olan Əfqanıstan doğumlu şəxsin psixoloji problemlərdən müalicə aldığı bildirilir.
Almaniya Kansleri Olaf Şolts söz verib ki, o, cəzalandırılacaq və Əfqanıstana deportasiya ediləcək.
Comments are closed, but trackbacks and pingbacks are open.