Somali prezidenti azərbaycanlı cütlüyün nikah şahidi oldu

Somali Prezidenti Hasan Şeyx Mahmud fevralın 12-də “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Eyni zamanda ona “ASAN xidmət” modeli ilə bağlı təqdimat edilib.

Somali prezidenti burada, həmçinin, azərbaycanlı cütlüyün nikahında iştirak edərək şahid olub.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Somali prezidenti azərbaycanlı cütlüyün nikah şahidi oldu





Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More