Tramp Ukraynada münaqişənin başlama səbəbini açıqladı

“Ukraynada hərbi münaqişənin başlama səbəblərindən biri Qərbin bu ölkəni NATO-ya cəlb etməyə can atmasıdır”.

Oxu.Az “İzvestiya”ya istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ukrayna müharibədən əvvəl özünün NATO-ya daxil olması perspektivlərinin Rusiya üçün qəbuledilməzliyini başa düşüb:

“Münaqişə məhz bu səbəbdən başladı, çünki Bayden dedi ki, onlar NATO-ya üzv ola bilərlər. O bunu deməməliydi”.

Amerika lideri, həmçinin vurğulayıb ki, Rusiyanın Ukrayna üzrə nə qədər güzəştə getməyə hazır olduğunu bilmir.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More