“Bavariya” gənc hücumçu ilə müqaviləni uzadıb

Futbol üzrə Almaniya millisinin yarımmüdafiəçisi Camal Musiala “Bavariya” ilə müqaviləsinin müddətini uzadıb.

Oxu.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

21 yaşlı futbolçunun yeni müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir.

Qeyd edək ki, Musiala 2019-cu ilin yayından “Bavariya”da çıxış edir. O, komandanın heyətində müxtəlif turnirlərdə 193 oyun keçirib, 58 qol vurub və 38 məhsuldar ötürmə edib. “Bavariya”nın heyətində Musiala dörd Almaniya çempionluğu, üç Almaniya Superkuboku, bir UEFA Superkuboku və bir dəfə klublararası dünya çempionatının qalibi olub.

Musiala Almaniya millisində 38 oyun keçirib və yeddi qol vurub. 2024-cü il Avropa çempionatında yarımmüdafiəçi üç qol vuraraq turnirin ən güclü bombardirlərindən biri olub.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More