Hərəkətdə olan “KamAZ” dəhşət saçdı: Piyada öldü, iki nəfər yaralandı

Bu gün saat 17 radələrində Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində hərəkətdə olan “KamAZ” markalı avtomobil əvvəlcə yolun kənarındakı piyadanı vurub, daha sonra isə traktora çırpılıb.

Oxu.Az xəbər verir ki, nəticədə piyada aldığı xəsarətlərdən ölüb, “KamAZ” və traktorun sürücüsü xəsarət alıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölümlə və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More