İlon Maskın “OpenAI” şirkətini almaq cəhdi uğursuzluğa düçar oldu

ABŞ-nin Hökumətin Səmərəliliyinin Artırılması İdarəsinin (DOGE) rəhbəri İlon Maskın “OpenAI” şirkətini almaq cəhdi uğursuzluğa düçar olub. Belə ki, “OpenAI” texnologiya korporasiyasının Direktorlar Şurası Mask tərəfindən şirkətin fəaliyyətinə nəzarət edən qeyri-kommersiya təşkilatını alma təklifinə rədd cavabı verib.

Oxu.Az-ın məlumatına görə, bu barədə “OpenAI”nin “X”dəki səhifəsində dərc edilmiş bəyanatından məlum olub.

Şirkət bəyanatda qeyri-kommersiya missiyasına və ümumi süni intellektin (AGI) bütün bəşəriyyətə faydasını təmin etmək səylərinə sadiq qaldığını vurğulayıb. “OpenAI”dan həmçinin qeyd edilib ki, şirkətin hər hansı potensialının yenidən təşkili onun qeyri-kommersiya statusunu və məqsədlərini yalnız gücləndirəcək.

Xatırladaq ki, Mask investorlar konsorsiumuna müraciət edərək qeyri-kommersiya təşkilatına 97.4 milyard dollar almağı təklif edib. Fevralın 10-da Maskın vəkili Mark Toberoff “OpenAI”un Direktorlar Şurasına ərizə təqdim edib.

Maskın bu addımı “OpenAI” və onun rəhbəri Sem Altman ilə qarşıdurmasının davamıdır. “OpenAI”nin təsisçilərindən olan, lakin 2018-ci ildə direktorlar şurasını tərk edən Mask, şirkətin kommersiyalaşma və “Microsoft” ilə əməkdaşlıq kursuna qarşıdır.

Mask, 2015-ci ilin dekabrında Sem Altman, İlya Sutskever, Qreq Brokman və başqaları ilə birlikdə “OpenAI”nin təsisçilərindən biri olub. O, şirkətin Direktorlar Şurasından ayrılandan 5 il sonra – 2023-cü ilin yazında “OpenAI”nin birbaşa rəqibi olacağı hesab edilən “xAI” adlı öz süni intellekt startapını yaradıb.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More