İranın Əhvaz şəhərində Güney Azərbaycanın “Nəvəd Urmiya” və Xuzistanın “Folad Novin” futbol komandaları arasında keçirilən oyunda gərgin anlar yaşanıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Məlumata görə, komandalar arasındakı qarşılaşma bitdikdən sonra “Nəvəd Urmiya” oyunçuları və məşqçi heyəti digər komandanın azarkeşlərinin gözyaşardıcı qazla hücumuna məruz qalıblar.
Qeyd edək ki, daha öncə Urmiyanın voleybol komandasının və “Traktor” futbol klubunun oyunçuları da eyni hadisə ilə üzləşiblər.
Comments are closed, but trackbacks and pingbacks are open.