Qurum havaların istiləşməsini gözləyir: Sakinlər isə yolun bərbad vəziyyətindən NARAZIDIRLAR

Xətai rayonu, Elvin Şükürlü küçəsinin sakinləri yolların yararsız halda olmasından narazıdırlar.

Sakinlər deyir ki, ən böyük problemləri yollarının asfaltsız olmasıdır.

Məsələ ilə bağlı dəfələrlə aidiyyəti quruma müraciət etdiklərini deyən sakinlər problemin hələ də həllini tapmamağından şikayətlənirlər.

“Parka kimi yollara asfalt örtüyü çəkilib. Digər yolları da ölçdülər ki, gəlib asfalt çəkəcəyik, aldadıb qaçdılar”, – deyə sakin söyləyib.

Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən küçənin asfaltlanma işi müvəqqəti olaraq dayandırılıb:

“Havalar istiləşəndən sonra işlərin başa çatdırılacağı ehtimal olunur”.

Daha ətraflı Baku TV-nin süjetində:

Qurum havaların istiləşməsini gözləyir: Sakinlər isə yolun bərbad vəziyyətindən NARAZIDIRLAR





Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More