“Red Bull” komandasını təmsil edən niderlandlı pilot Maks Ferstappen “Formula-1” tarixində birinci yerdə qaldığı günlərin sayına görə mütləq rekord qırıb.
Oxu.Az-ın məlumatına görə, 14 fevral pilotun ümumi hesabda liderlik etdiyi mininci gün olub.
Ferstappen 22 may 2022-ci ildə Barselona Qran-prisində “Ferrari”dən Şarl Leklerlə birinci yer uğrunda mübarizədə qalib gəlib və o vaxtdan bəri reytinqin zirvəsini tərk etməyib.
Bu reytinqdə ikinci və üçüncü yerləri “Formula-1″in yeddiqat çempionu Mixael Şumaxer tutur. O, 2000-2003-cü illərdə 896 gün və 2003-2005-ci illərdə 630 gün birinci yerdə qalıb.
Comments are closed, but trackbacks and pingbacks are open.