Tayvanda təlim təyyarəsi qəzaya uğrayıb

Tayvanın şərqində Taydun şəhərində “Brave Eagle” təlim təyyarəsi qəzaya uğrayıb.

Oxu.Az-ın məlumatına görə, “Focus Taiwan” bununla bağlı görüntülər yayıb.

Bildirilir ki, qəza vaxtı göyərtədə ancaq pilot olub.

“Uçuşdan sonra təyyarənin mühərrikində nasazlıq yaranıb. Lin soyadlı pilot təyyardən paraşütlə tullanıb”, – deyə məlumatda vurğulanıb.

Sahil-mühafizə gəmiləri və yerli balıqçı şxunları axtarış-xilasetmə əməliyyatlarına cəlb olunub. Pilot salamat tapılıb. O, xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbləri araşdırılır.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More