Yüngül atletikanın yeni kralı Qrant Fişer: Bir həftədə iki dünya rekordu

Amerikalı yüngül atlet Qrant Fişer Bostonda Dünya Atletika Assosiasiyasının (World Athletics) himayəsi altında keçirilən turnirdə qapalı məkanda 5 000 metr məsafəyə qaçış üzrə dünya rekordunu qırıb.

Oxu.Az bu barədə matchtv.ru-ya istinadən məlumat verir.

Bildirilir ki, Fişer məsafəni 12 dəqiqə 44.9 saniyəyə qət edib. 2004-cü ildən bu nailiyyət Efiopiya təmsilçisi Keninisa Bekeleyə məxsus idi – 12 dəqiqə 49.06 saniyə.

Xatırladaq ki, bazar günü Nyu-Yorkda keçirilən turnirdə Fişer 3 000 metr məsafəyə qaçışda da dünya rekordunu yeniləyib.

Qeyd edək ki, amerikalı atlet Paris Olimpiya Oyunlarında beş və on min metr məsafələrə qaçışda ikiqat bürünc medal sahibidir.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More