Zelenskidən seçkilərin keçirilməsini istəyən ukraynalılara TƏKLİF: “Başqa vətəndaşlıq seçsinlər”

Ukrayna Prezidenti Volodimir Zelenski prezident seçkisinin keçirilməsinə ümid edən ukraynalılara başqa vətəndaşlıq seçməyi təklif edib.

Oxu.Az-ın “İzvestiya”ya istinadən xəbərinə görə, o bu bəyanatla fevralın 15-də Münhen Təhlükəsizlik Konfransında çıxış edib.

V.Zelenski seçki ilə bağlı danışmağa hazır olduğunu qeyd edib, lakin onun sözlərinə görə, ukraynalılar “bunu istəmirlər”.

“Əgər kiminsə xoşuna gəlmirsə, başqa vətəndaşlıq seçə bilər”, – deyə Zelenski çıxışı zamanı bildirib.

O həmçinin ölkədə xalq arasında birliyə ehtiyac olduğunu da qeyd edib.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More