A Seriyası: “Milan”a qələbə üçün 1 qol bəs etdi

İtaliya A Seriyasının 25-ci turunda “Milan” doğma azarkeşləri önündə “Verona”nı qəbul edib.

Oxu.Az xəbər verir ki, “San-Siro”dakı matçın taleyini 1 qol həll edib.

75-ci dəqiqədə meydan sahiblərindən Santyaqo Ximenesin məhsuldar zərbəsi rossonyerilərə qələbə gətirib.

Hazırda “Milan” topladığı 39 xalla turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. “Verona”nın aktivində isə 24 xal var və komanda çempionatda 15-ci yerdədir.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More