İngiltərə Premyer Liqası: “Liverpul” liderliyini möhkəmləndirdi

İngiltərə Premyer Liqasında 25-ci turun matçları oynanılır.

Oxu.Az xəbər verir ki, lider “Liverpul” ev stadionunda “Vulverhempton”u qəbul edib.

Mersisaydlılar rəqib qapısından 2 top keçirib, öz qaplarında 1 qol görüblər – 2:1. Meydan sahiblərindən Diaz və Salah fərqləniblər.

Bu qələbə sayəsində xallarını 60-a çatdıran “Liverpul” ən yaxın izləyicisi “Arsenal”la xal fərqini 7-dək artırıb. “Vulverhempton” isə 25 matçdan 19 xal toplamaqla 17-cı sırada qərarlaşıb.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More