Saatlı rayonununda itkin düşən Şirinbəyli kənd sakini 1959-cu il təvəllüdlü Mirhəsən Mirabdulla oğlu Seyidovun meyiti su kanalında aşkar olunub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Mirhəsən Seyidovun qonşuları – 1980-ci il təvəllüdlü Elşad Elbrus oğlu Abbasov və onun 2005-ci il təvəllüdlü oğlu tərəfindən məftillə boğularaq qətlə yetirildikdən sonra su kanalına atılması müəyyən edilib.
Polis əməkdaşları tərəfindən şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Comments are closed, but trackbacks and pingbacks are open.