Uqandalı marafonçu Ceykob Kiplimo yarımmarafonda (21.1 kilometr) dünya rekordu vurub.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat verib.
Barselonada keçirilən yarışda o, 21.1 km məsafəni 56 dəqiqə 38 saniyəyə qət edib.
Bu məsafə üzrə əvvəlki dünya rekordu 2024-cü ilin oktyabrında qeydə alınmışdı. İspaniyanın Valensiya şəhərində keçirilmiş yarışda efiopiyalı Yomif Kecelça 57 dəqiqə 30 saniyəlik nəticə göstərmişdi.
Comments are closed, but trackbacks and pingbacks are open.