19 yaşlı azərbaycanlı MMA döyüşçüsü rəqibini ilk raundda məğlub edib

Azərbaycanın MMA döyüşçüsü Turac Əliyev növbəti döyüşünü keçirib.

Oxu.Az xəbər verir ki, “Tank” ləqəbli idmançımız GFC (Georgian Fighting Championship) liqası çərçivəsində gürcüstanlı Badri Potşveraşvili ilə qarşılaşıb.

Əliyev döyüşün taleyini ilk raundda həll edib. 19 yaşlı “Tank” ləqəbli idmançı qola ağrıdıcı fənd ilə qalib gəlib. Bu onun GFC liqasında ikinci güclü rəqibi üzərində qələbəsi olub.

Qeyd edək ki, Əliyev MMA-da ümumilikdə 5 dəfə qalib gəlib və bunların hər birini vaxtından əldə edib.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More