AAAF Yaşayış Kompleksində abadlıq işləri davam etdirilir

Xırdalan şəhəri Heydər Əliyev prospektində yerləşən AAAF Yaşayış Kompleksində abadlıq işləri davam etdirilir.

Abadlıq işləri çərçivəsində “Zirvə” idman kompleksinin yerində olan guşə köçürülüb.

“AAAF Park” Kompleksinin mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, qeyd olunan ərazidə “Zirvə” idman klubunun stendi və ümummilli lider Heydər Əliyevin portreti olub:

“Təxminən 10 il əvvəl yaradılmış və istismar müddəti başa çatmış guşə yenilənərək kompleksin giriş hissində yerləşdirilib. Belə ki, “Zirvə” idman klubu ləğv olunandan sonra klubun guşəsi sökülüb və orada olan Ulu öndərin portreti “AAAF Park” kompleksinin giriş hissəsində sağ tərəfdə daha geniş yerdə yerləşdirilib”.

Şirkətdən bildirilib ki, kompleks ərazisində abadlıq-quruculuq işləri mütəmadi olaraq davam etdirilir:

“Xüsusi vurğulamaq istəyirik ki, sosial şəbəkələrdə məqsədli şəkildə təhrif edilməklə təqdim edilən məlumat həqiqətə uyğun deyil. Bu dəyişiklik Ümummilli liderin əziz xatirəsini yaşatmaqla yanaşı, onun müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafında oynadığı mühüm rolu bir daha vurğulamağı hədəfləyir. Ulu öndərin irsinin gələcək nəsillərə ötürülməsi, onun ideyalarının davamlı şəkildə yaşadılması hər birimizin borcudur”.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More