Əfqanıstanda qar uçqunu nəticəsində üç nəfər həlak olub

Əfqanıstanın qərbində yerləşən Qor əyalətində qar uçqunu nəticəsində üç nəfər həyatını itirib.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə əyalət polisinin nümayəndəsi Əbdül Rəhman Bədri məlumat verib.

Onun sözlərinə görə, qar uçqununa düşərək həyatını itirən şəxslərin meyitləri tapılaraq ailələrinə təhvil veriblər.

Məlumatda, həmçinin bildirilib ki, son bir neçə həftə ərzində ölkənin şimalında yerləşən Bədəxşan və Fəryab əyalətlərində analoji hadisələr nəticəsində ən azı beş nəfər həyatını itirib.

Qeyd edək ki, Əfqanıstanın bəzi bölgələrində son bir ay ərzində soyuq hava şəraiti və güclü qar yağması nəticəsində paytaxt Kabili bəzi əyalətlərlə birləşdirən magistral yolların bağlanmasına səbəb olub.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More