Gəncədə şagirdi döyən müəllim İŞDƏN ÇIXARILDI

Gəncə şəhər 34 nömrəli məktəbdə müəllimin şagirdə qarşı uyğunsuz davranışı iddiası əsasında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, təlim-tədris prosesi zamanı belə halların yolverilməzliyi nəzərə alınaraq, sözügedən təhsil müəssisəsinin ingilis dili müəllimi Cavid Rzayevlə bağlanmış əmək müqaviləsinə xitam verilib:

“Qeyd edirik ki, təhsilverənlərin etik davranış qaydalarına əməl edilməsi, eyni zamanda şagirdlərin təhlükəsizliyi və psixoloji durumu daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür”.

Xatırladaq ki, fevralın 13-də Gəncə şəhəri Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin 5-ci sinfində oxuyan Ə.H.-nin babası Ələddin Hüseynov nəvəsinin sinif rəhbəri, Cavid adlı müəllim tərəfindən döyüldüyünü iddia etmişdi. O, müəllimin şagirdin başını divara çırpdığını, uşağın yıxılıb əzildiyini bildirmişdi. Müraciət əsasında həm Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi, həm də Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində araşdırma aparılıb.

Məhərrəm Əliyev

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More