Mask dünyanın ən ağıllı süni intellektini elan etdi

İlon Mask yeni “Grok 3” çatbotunun istifadəyə verildiyini elan edib.

Oxu.Az xəbər verir ki, o, bu barədə özünün “X” hesabında yazıb.

Maskın sözlərinə görə, “Yer kürəsinin ən ağıllı süni intellektinin” nümayişi sabah baş tutacaq.

“Mən bütün həftə sonu komanda ilə məhsul üzərində işləyəcəyəm, ona görə də, o vaxta qədər oflayn olacağam”, – Mask bildirib.

Milyarder iddia edir ki, “Grok 3” dərin təhlil və düşünmə qabiliyyətinə malik olan güclü süni intellektdir. Maskın sözlərinə görə, o sınaqlar zamanı bazarda hər hansı məhsuldan üstün olduğunu göstərib.

Yeni süni intellekt modelinin istifadəsinin pulsuz olacağı gözlənilir. Əvvəllər “Grok” yalnız ödənişli “X Premium” tarif planının abunəçiləri üçün əlçatan idi. İndi Maskın neyron şəbəkəsi həm grok.com saytında veb versiyada, həm də hər kəs üçün mobil proqram formasında istifadəyə verilib.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More