Ötən il 58 kişi gender əsaslı zorakılığa məruz qalıb

Ötən il Azərbaycanda 58 kişi gender əsaslı zorakılığa məruz qalıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə hesabatında öz əksini tapıb.

Məlumatda qeyd olunub ki, 2024-cü ilin yanvar-dekabr aylarında 860 gender əsaslı zorakılıqla bağlı Dəstək Xəttinə 330 müraciət daxil olub. Onlardan 58-i kişi, 272-si isə qadınlar tərəfindən edilib.

Onlardan 205 nəfəri Bakıdan, 125-i isə regionlardan müraciət edib:

“Bundan başqa, 137 evli, 140 subay, 53 boşanmış şəxsin müraciəti daxil olub. Həmin şəxslərdən 64-ü ali təhsilli, 177-si orta, 89-u isə təhsilsiz insanlardır. 77 nəfər 0-18 yaş aralığında, 145 nəfər 19-35, 80 nəfər 36-55, 28 nəfər isə 56+ yaş aralığında olan şəxslərdir”.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More