Tərlan Əhmədov: “Bir il doqquz aydır ki, heç bir klubdan təklif almamışam”

Yerli mediada yayılan xəbərlərə görə, sonuncu iş yeri Gəncənin “Kəpəz” klubu olan Tərlan Əhmədov İmişlinin eyniadlı təmsilçisindən təklif alıb.

Bu barədə Oxu.Az-ın sorğusunu cavablandıran Tərlan Əhmədov xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

“Bir il doqquz aydır ki, heç bir klubdan təklif almamışam. Yayılan xəbərlər tamamilə yalandır. Məşqçi olaraq hər zaman gələn təklifləri dəyərləndirməyə və işə başlamağa hazıram. Amma, hazırda belə bir təklif almamışam”,- deyə T.Əhmədov bildirib.

Qeyd edək ki, Tərlan Əhmədov baş məşqçi karyerası ərzində “Neftçi”, “AZAL”, “Keşlə” (indiki adı ilə “Şamaxı” – red.) klubunu və “Kəpəz”i çalışdırıb.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More