Ankarada 54 nəfər saxta spirtli içkidən ölüb

Ankarada saxta spirtli içki istifadəsi nəticəsində ölənlərin sayı 54-ə çatıb.

Oxu.Az “CNN Türk” telekanalına istinadən xəbər verir ki, şəhər xəstəxanalarının reanimasiya şöbələrində hələ də 40 nəfər müalicə alır.

Fevralın əvvəlində Ankara vilayətinin qubernatoru Vasip Şahin paytaxt regionunda 33 ölüm halının qeydə alındığını bildirib.

Ankara Baş Prokurorluğu insanların ölümü və saxta spirtli içki satışı ilə bağlı istintaqı davam etdirir. İstintaq çərçivəsində hazırda 28 nəfər həbs edilib, onlardan 25-i müvəqqəti olaraq məhkəmə nəzarəti altında azadlığa buraxılıb.

Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More