DTX-dən ƏMƏLİYYAT: MİDA-nın adından istifadə edənlər ifşa olundular

Bakı şəhəri Səbail Rayon Məhkəməsi Azərbaycan Respublikasının vətəndaşı Kənan Urfan oğlu Şərifov barəsində həbs qətimkan tədbiri seçib.

Oxu.Az “Report”a istinadla xəbər verir ki, Kənan Şərifov Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin müraciəti əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə müəyyən edilərək saxlanılıb.

O, digərləri ilə birlikdə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin adından saxta sənədlər hazırlayıb istifadə etməklə, müxtəlif ünvanlara, o cümlədən banklara göndərməklə çoxsaylı vətəndaşların külli miqdarda pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinir.

Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More