İspaniya La Liqasında fiziki məhdudiyyətli azarkeşlər döyüldülər

İspaniya çempionatının 24-cü turunun “Valensiya” ilə oyunundan (1:1) sonra “Vilyarreal”ın iki fiziki məhdudiyyətli azarkeşi naməlum şəxslərin hücumuna məruz qalıb.

Oxu.Az xəbər verir ki, görüş Vilyarrealdakı (İspaniya) “Ceramica” stadionunda baş tutub.

Qara paltarda olan bir neçə kapüşonlu şəxs onları döyüb və köməyə gələn digər fanatları görüb qaçıblar.

Hadisə yerinə polis və tibbi xidmətlər gəldikdən sonra zərərçəkənlər xəstəxanaya aparılıblar.

Azarkeşlərdən biri çənə nahiyəsindən güclü zərbə alıb ki, bu da güclü qanaxmaya səbəb olub, ikincisi isə təşviş pozuntusu yaşayıb.

Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More