Konor Makqreqor yalın əllə döyüşməyə hazırlaşır

UFC-nin (Mütləq Döyüş Çempionatı) sabiq çempionu Konor Makqreqor yenidən gündəmə gəlib.

Oxu.Az xəbər verir ki, irlandiyalı idmançı “Bare Knuckle FC” liqasında yalın əllə döyüşməyə hazırlaşır.

O, bu barədə İtaliyada keçirdiyi mətbuat konfransında məlumat verib.

Qeyd edək ki, 36 yaşlı irlandiyalı 2021-ci ildən bəri UFC-də döyüşməyib.

O, son döyüşündə ayağı zədələndiyindən Dastin Poryeyə texniki nokautla uduzmuşdu.

Konor keçirdiyi görüşlərin 22-də qələbə qazanıb, altısında məğlubiyyətlə barışıb.

Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More