La Liqa: “Barselona” liderliyə yüksəldi

İspaniya La Liqasının 24-cü turu “Barselona” üçün uğurlu olub.

Oxu.Az xəbər verir ki, doğma azarkeşləri qarşısında “Rayo Valyekano”nu qəbul edən katalonlar 28-ci dəqiqədə hesabı açıblar. Levandovski penaltidən fərqlənib.

Bu, oyunda yeganə qol olub və meydan sahiblərinin minimal hesablı üstünlüyünü rəsmiləşdirib – 1:0.

Qələbə sayəsində “Barsa” xallarının sayını 51-ə çatdıraraq “Real Madrid”ə çatıb və əlavə göstəricilərə görə kral klubunu qabaqlayaraq liderliyə yüksəlib. “Rayo Valyekano” isə 35 xalla yarış cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More