İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı nümayəndəliyinin ölkə üzrə direktoru Sunniya Durrani-Camal ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri “X” hesabında məlumat yayıb.
“Keçirdiyimiz görüşdə ölkəmiz üçün ortamüddətli dövrdə sosial-iqtisadi inkişaf və investisiyaların təşviqi üzrə prioritetləri və AİB-nin Ölkə Tərəfdaşlıq Strategiyasının (2025-29) əhatə edəcəyi sahələri nəzərdən keçirdik.
Qarşıdakı dövrdə AİB-lə əməkdaşlığın əsas istiqamətlərini dayanıqlı, şaxələndirilmiş iqtisadiyyata və yaşıl artıma dəstək, özəl sektorun gücləndirilməsi, insan kapitalının inkişafı, rəqəmsallaşma və iqlim çağırışlarına uyğun biznes həllərinin stimullaşdırılması təşkil edəcək”, – nazir paylaşımında qeyd edib.
Asiya İnkişaf Bankının (AİB) (@ADB_HQ) #Azərbaycan-dakı Nümayəndəliyinin ölkə üzrə direktoru xanım Sunniya Durrani-Camal ilə keçirdiyimiz görüşdə ölkəmiz üçün ortamüddətli dövrdə sosial-#iqtisadi inkişaf və #investisiya-ların təşviqi üzrə prioritetləri və AİB-nin Ölkə Tərəfdaşlıq… pic.twitter.com/24fW8l90aE
— Mikayil Jabbarov (@MikayilJabbarov) February 18, 2025
Comments are closed.