ABŞ-də ölkəyə giriş üçün Ukrayna, eləcə də Latın Amerikası ölkələri vətəndaşlarından miqrasiya ərizələrinin qəbulu dayandırılıb.
Oxu.Az CBS telekanalına istinadla xəbər verir ki, Ağ Evin rəhbəri Donald Tramp Latın Amerikasından və Ukraynadan miqrantların təqdim etdikləri bütün ərizələrin baxılmasında fasilə tətbiq edib.
Telekanalın məlumatına görə, ərizə qəbulunun dayandırılması qeyri-müəyyən müddət ərzində keçərli olacaq.
Xatırladaq ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi yanvarın 25-dən miqrantlara ölkədə müvəqqəti yaşamaq imkanı verən müəyyən proqramları dayandırıb.
Comments are closed, but trackbacks and pingbacks are open.