Füzulidə avtomobil traktorla toqquşub, iki yaşlı uşaq ölüb

Füzulidə traktor minik avtomobili ilə toqquşub.

Oxu.Az “Report”a istinadla xəbər verir ki, hadisə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Füzuli rayonu, Alıxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

1997-ci il təvəllüdlü Xəyyam İlham oğlu Məmmədov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobili 1997-ci il təvəllüdlü Əmrah İbrahim oğlu Məhərrəmovun sükanı arxasında olduğu “Belarus 892” traktoru ilə toqquşub.

Nəticədə Xəyyam Məmmədovun avtomobilində olan oğlu 2023-cü il təvəllüdlü Rəşad Məmmədov aldığı xəsarətlərdən Füzuli Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı cinayət işi başlanılıb və istintaq aparılır.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More