“Qalatasaray”ın Avropa Liqasındakı matçı qar yağışı səbəbindən təxirə salınacaq?

Sabah UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçında “AZ Alkmaar”ı qəbul edəcək “Qalatasaray” klubunun rəhbərliyi hazırda qar yağışı səbəbindən bəzi işlər görmək qərarına gəlib.

Oxu.Az “SporX”ə istinadən xəbər verir ki, “sarı-qırmızılar” matçın təxirə salınmaması üçün stadionun ot örtüyünün üzərinə brezent səriblər.

Bundan əlavə, stadionun işıqları sabah keçiriləcək görüşədək yanılı olaraq saxlanılacaq.

Qeyd edək ki, “Qalatasaray” – “AZ Alkmaar” matçı sabah Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More